Bakı. Trend:
2025-ci ildə Fransada təbii fəlakətlərin vurduğu ümumi ziyan 5,2
milyard avro təşkil edib.
Trend xəbər verir
ki, bu barədə Fransa Sığortaçılar Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, təkcə “Nils” və “Pedro” qasırğalarının vurduğu zərər
1,1 milyard avro həcmində qiymətləndirilir.
Qeyd olunur ki, ümumi ziyanın 43 faizi dolu hadisələri ilə
bağlıdır. 2025-ci ildə ölkə üzrə ümumilikdə 105 gün dolu müşahidə
olunub.

