
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Budapeştdə Macarıstanın Baş nazirinin Milli
Təhlükəsizlik üzrə baş məsləhətçisi Marsell Biro ilə görüşüb.
Trend xəbər verir
ki, H.Hacıyev bu barədə “X” sosial media hesabında paylaşım
edib.
“Görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına
üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının
diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütün
sahələr üzrə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli
maraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnik
və mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDT
çərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir”, – deyə
H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türk
dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.


