Türkiyə “SpaceX” və “Amazon”u peyk sistemləri ilə bağlı tələblər barədə məlumatlandırıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə hakimiyyəti “SpaceX” və “Amazon” şirkətlərinə
aşağıorbitli peyk sistemlərinə çıxış parametrləri ilə bağlı məlumat
verib.

Trend xəbər verir
ki, Vaşinqtonda keçirilən “Satellite 2026” beynəlxalq peyk rabitəsi
sərgisi və konfransında iştirak edən Türkiyənin nəqliyyat və
infrastruktur nazirinin müavini Ömər Fatih Sayan ölkədə
aşağıorbitli peyk sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə
bağlı Amerika şirkətlərinin nümayəndələrini məlumatlandırıb.




“Biz “SpaceX” və “Amazon” şirkətlərini onların sistemlərinin
Türkiyədə cavab verməli olduğu qaydalar, təhlükəsizlik sahəsində
tələblərimiz və digər mühüm məsələlər barədə məlumatlandırdıq”, –
deyə nazir müavini bildirib.

Türkiyənin milli peyk layihələrindən danışan Sayan artıq Yer
orbitində fəaliyyət göstərən TÜRKSAT 5A, TÜRKSAT 5B və TÜRKSAT 6A
peyklərini xatırladıb, həmçinin yeni proqramlar üzərində işlərin
davam etdirildiyini qeyd edib.