Fransa Liqası “Lans” – PSJ oyununu təxirə salıb

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Fransanın birinci liqasının rəhbərliyi “Lans” – PSJ
oyununu təxirə salıb.

Trend xəbər verir
ki, buna səbəb Paris təmsilçisinin Çempionlar Liqasının 1/4
finalında “Liverpul”a qarşı keçirəcəyi matçdır.




Qərar çempionluq uğrunda mübarizə aparan “Lans” klubunun
etirazına səbəb olub. Klub oyunun təxirə salınmasına qarşı çıxsa
da, onun mövqeyi yekun qərara təsir göstərməyib.