
Bakı.Trend:
Salyan sakinindən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Trend-in
məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata
keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə
məhkum olunmuş Ramal Əliyev saxlanılıb.
Belə ki, ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində həbs
qətimkan tədbiri seçilib.


