ABŞ arsenalına ilk pilotsuz “Black Hawk” helikopteri daxil olub

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu həm ekipajla, həm də ekipajsız uça bilən ilk “Black
Hawk” helikopteri ilə təchiz olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Bu hadisə ənənəvi pilotlu uçuş aparatlarının artan təhdidlərlə
üzləşdiyi yüksək riskli zonalarda daha təhlükəsiz əməliyyatlara
keçidi simvolizə edir. “H-60Mx” indeksini alan yeni aparat ABŞ
Ordusunun Döyüş İmkanlarının İnkişafı Komandanlığının rəhbərliyi
altında intensiv sınaqlar mərhələsinə daxil olur.

“H-60Mx” tapşırıqların icrasının effektivliyini qoruyaraq
pilotlar üçün riski azaltmaq məqsədilə hazırlanıb. O missiyanın
tələblərindən asılı olaraq bortda ekipajla fəaliyyət göstərə,
yerdən uzaqdan idarə oluna və ya tam avtonom rejimdə işləyə
bilər.