Bakı. Trend:
“Liverpul”un hücumçusu Federiko Kyeza İtaliya milli komandasının
təlim-məşq düşərgəsindən ayrılıb.
Trend xəbər verir
ki, bu barədə məlumat İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi
saytında verilib.
FIGC bildirib ki, Federal Texniki Mərkəz tərəfindən vəziyyəti
qiymətləndirilən Kyeza növbəti iki oyunda iştirak edə bilməyəcək və
klubu ilə razılığa əsasən milli komandanın düşərgəsini tərk edib.
Onun yerinə “Bolonya”dan Nikolo Kambyagi çağırılıb.
Qeyd olunur ki, İtaliya 26 martda 2026-cı il dünya çempionatına
vəsiqə uğrunda pley-offun yarımfinalında Şimali İrlandiya ilə
qarşılaşacaq. Mərhələni keçsə, “Skuadra adzurra” Uels-Bosniya və
Herseqovina oyununun qalibi ilə üz-üzə gələcək.

