
Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan və Pakistan Baş
nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə
Ərəbistanının Ər-Riyad şəhərində görüş keçiriblər.
Trend xəbər verir
ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz “X” sosial şəbəkə
hesabında paylaşım edib.
Görüşün məzmunu və təfərrüatları barədə əlavə məlumat
verilməyib.
Xatırladaq ki, daha əvvəl XİN rəhbərləri arasında telefon
danışığı baş tutmuşdu.


