Laricani və oğlu bu gün dəfn olunacaq

Baş səhifə

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəfn mərasimi bu gün keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə İranın yarımrəsmi “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, Əli Laricani İsrailin dünən həyata keçirdiyi hücum nəticəsində oğlu və mühafizəçiləri ilə birlikdə həlak olub.

Bundan başqa, qeyd edilib ki, ötən gün öldürülən SEPAH-ın “Bəsic” Təşkilatının rəhbəri general-mayor Rza Süleymaninin cənazəsi də bu gün dəfn olunacaq.

Onlarla vida mərasimi günorta saatlarında Tehranın İnqilab Meydanında keçiriləcək.