
Bakı.Trend:
Fevralda Azərbaycanda sabit genişzolaqlı internetin median
sürəti 2%-dək, mobil internet isə 3%-dək artıb
Bu barədə Trend-ə İnformasiya və Kommunikasiya Texnologiyaları
Agentliyindən (İKTA) məlumat verilib.
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi
üzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest Global
Index” hesabatını təqdim edib.
Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin
median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95
Mb/s olub.
Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi
1,39 MB/s və ya 1,55%, mobil internetin sürəti isə 2,32 Mb/s və ya
2,50% yüksəlib.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə
tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin
göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində
mövqeyinin yüksəldiyini təsdiqləyir.


