Qlobal Şimal və Qlobal Cənub arasındakı fərqlərdən iqlim problemlərinin həlli üçün istifadə etmək lazımdır – COP27 sədri

Baş səhifə

Bakı. Trend:

Qlobal Şimal və Qlobal Cənub arasında bəzən fəaliyyətlərin
koordinasiyasını çətinləşdirən fərqlər mövcuddur. Lakin bu fərqlər
iqlim problemlərinin həlli üçün ümumi yanaşmanın
formalaşdırılmasında tanınmalı və istifadə olunmalıdır.

Trend xəbər verir
ki, bunu Misirin keçmiş xarici işlər naziri, COP27 sədri Sameh
Şükri “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu
çərçivəsində təşkil olunmuş “Danışıqlardan kənarda: COP-un
dayanıqlığı uğrunda mübarizə” adlı panel iclasında deyib.

Onun sözlərinə görə, 300 milyon dollar məbləğində kollektiv
maliyyələşdirməyə nail olunması mühüm uğurdur, lakin onun
uzunmüddətli təsiri ilə bağlı realist olmaq vacibdir.

“Tarix göstərir ki, gözləntilər heç də həmişə reallığa uyğun
olmur, buna görə də bu məhdudiyyətləri nəzərə alaraq planlaşdırma
aparmaq vacibdir. Eyni zamanda əminəm ki, dayanıqlı energetikaya
keçid vasitəsilə iqtisadi artım üçün böyük potensial mövcuddur və
bu istiqamət gələcəyə aparan yolu göstərir”, – deyə o bildirib.

S.Şükri qeyd edib ki, iqlim tədbirlərinin uğurla həyata
keçirilməsi iqlim dəyişikliklərinin fəsadlarının azaldılması və
uyğunlaşma üzrə səylərin genişləndirilməsi üçün maliyyə
resurslarına çıxış tələb edir.