
2018-2025-ci illərdə İpoteka və Kredit Zəmanət Fondu biznes kreditlərinə hesablanmış faizlərə görə 59,7 milyon manat subsidiya ödəyib.
“Report” bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, bu, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib. Ödənişin 12,3 milyon manatı ötən ilijn payına düşüb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


