
Bakı.Trend:
Ötən il Ələt qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin
balansında olan Nərimanov adına parkın bərpa olunması təklifinə
Cəmiyyət tərəfindən aidiyyəti üzrə baxılıb və hazırda
infrastrukturun saxlanılması üçün qurumun maliyyə təminatında
kifayət qədər vəsait olmadığından, bərpa olunması təklif olunan
parkda müasir tələblərə uyğun təmir-bərpa işlərinin aparılmasının
imkan xaricində olması bildirilib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, maliyyə imkanı yarandığı təqdirdə
məsələnin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə
tutulub.


