İsraildə binaya raket hücumunda təxminən 60 nəfər yaralanıb

Baş səhifə

Bakı. Trend:

İrandan İsrailin şimalında bir binaya raket hücumu nəticəsində
təxminən 60 nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti təcili tibbi
yardım xidmətinə istinadən xəbər verib.




Məlumata əsasən, İranın raket hücumu nəticəsində 58 nəfər
yaralanıb. Bir nəfərin vəziyyəti orta-ağır, 57 nəfər isə yüngül
xəsarət alaraq tibbi yardım üçün yaxınlıqdakı xəstəxanalara təxliyə
edilib.

İsrail polisi də öz növbəsində əlavə edib ki, zərbə nəticəsində
binaya ziyan dəyib. Partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə
mütəxəssislər hazırda hadisə yerində işləyirlər.