İsrail və ABŞ pilotları Tehranın şərqinə hava hücumları edib

Baş səhifə

İsrail və ABŞ hava qüvvələri Tehranın şərqinə hava hücumları həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri xəbər verib.

Məlumata əsasən, İran paytaxtının qırıcı təyyarələrin hücumuna məruz qalan iki rayonunda partlayışlar baş verib.

Hələlik dəyən ziyan və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.