İran XİN ABŞ ilə İsrailin İraqa hücumunu pisləyib

Baş səhifə
İran XİN ABŞ ilə İsrailin İraqa hücumunu pisləyib

İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai ABŞ ilə İsrailin İraqın Əl-Qaim sərhəd keçid məntəqəsinə (SKM) hücumunu pisləyib.

“Report” xəbər verir ki, bu barədə məlumat İran XİN-in “X”dəki hesabında yayılıb.

“XİN-in sözçüsü İsmayıl Bəqai Əl-Qaim SKM-i hədəf alan və İraqda bir sıra təhlükəsizlik əməkdaşlarının ölüm və yaralanmasına səbəb olan ABŞ və İsrailin İraqa qarşı hərbi təcavüzünü kəskin şəkildə pisləyib” . paylaşımda qeyd olunub

İranın İraq hökumətinə dəstəyini vurğulanıb.