Ukraynanın sərbəst güləş üzrə azərbaycanlı təmsilçisi Avropa çempionu olub

Baş səhifə
Ukraynanın sərbəst güləş üzrə azərbaycanlı təmsilçisi Avropa çempionu olub

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanı sərbəst güləş üzrə 50 kiloqram çəki dərəcəsində təmsil edən azərbaycanlı Aidə Kərimova rəqiblərinə qalib gələrək birinci yeri tutub və qızıl medal qazanıb.

A. Kərimova, Ukraynada ilk azərbaycanlı qadın idmançı kimi bu nailiyyətin sahibidir.

Qeyd edək ki, A. Kərimova Donetsk vilayətinin Toretsk şəhərində doğulub.