Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Mayın 12-də İsveçrə Konfederasiyasının federal xarici işlər
naziri İqnasio Kasis Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər
beynəlxalq və regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə
mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Mövcud gərginliyin daha da artmasının yolverilməz olduğu
vurğulanaraq, böhranın dialoq və diplomatik vasitələrlə həllinin
vacibliyi qeyd edilib.

İsveçrə naziri ölkəmizə qarşı İran tərəfindən həyata keçirilmiş
dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. O,
həmçinin İran ərazisindən İsveçrə vətəndaşlarının təxliyəsinə
göstərilən dəstəyə görə ölkəmizə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə İsveçrə
arasında ikitərəfli əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti və
inkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə aprel
ayında Xarici İşlər Nazirlikləri arasında keçiriləcək siyasi
məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.