
Bakı. Trend:
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Serbiyanın
Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında qızıl
medal qazanıb.
Trend-in
məlumatına görə, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
finalda Belarus təmsilçisi Marta Hetmanava ilə qarşılaşıb.
Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Günay
Qurbanova Avropa çempionu olub. Gültəkin Şirinova (55 kiloqram) isə
gümüş medal qazanıb.


