“Rabitəbank” Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

6 mart 2026-cı il tarixində “Rabitəbank” tərəfindən Xankəndi
şəhərində “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu”
təşkil olunub. Forumun əsas məqsədi sahibkarların və vətəndaşların
maliyyə savadlılığının artırılması, bank xidmətləri və maliyyə
alətlərinə çıxış imkanları barədə məlumatlandırılması, eləcə də
regionda iqtisadi aktivliyin və sahibkarlığın inkişafına dəstək
göstərilməsi olub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar,
iş adamları və müxtəlif sahələri təmsil edən nümayəndələr iştirak
ediblər.

Forum çərçivəsində “Rabitəbank”ın Müşahidə Şurasının üzvü,
Korporativ İdarəetmə Komitəsinin sədri Rəhman Əliyev çıxış edərək “Rabitəbank”ın fəaliyyəti, inkişaf strategiyası və ölkə
iqtisadiyyatına verdiyi töhfələr barədə geniş təqdimat edib. O
bildirib ki, “Rabitəbank” uzun illərdir ölkədə maliyyə
inklüzivliyinin artırılması, sahibkarlığın inkişafı və regionların
iqtisadi potensialının gücləndirilməsi istiqamətində ardıcıl
layihələr həyata keçirir.

Forum zamanı “Rabitəbank”ın müxtəlif istiqamətlər üzrə təqdim
etdiyi bank məhsulları və maliyyə alətləri iştirakçıların diqqətinə
çatdırılıb.

Daha sonra Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xidmət
şöbəsinin rəisi Orxan Ahənçi də çıxış edib. O, maliyyə
savadlılığının sahibkarlıq fəaliyyətinin səmərəli təşkili, vergi
öhdəliklərinin düzgün icrası və şəffaf biznes mühitinin
formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Çıxış
zamanı sahibkarlıq subyektləri üçün mövcud vergi mexanizmləri,
dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri və biznes
fəaliyyətində maliyyə intizamının əhəmiyyəti barədə fikirlərini
iştirakçılarla bölüşüb.

Tədbir çərçivəsində eyni zamanda bankın biznes bankçılığı
istiqaməti üzrə təqdim olunan xidmətlər barədə də iştirakçılara
məlumat verilib. Çıxış zamanı İslam bankçılığı prinsipləri,
beynəlxalq və yerli fondlar hesabına təqdim edilən kreditlər,
sahibkarlığın inkişafına yönəlmiş maliyyə proqramları, “Güc
xanımlarda” layihəsi və ticarət zəncirinin maliyyələşdirilməsi
məhsulları haqqında da məlumat təqdim olunub.




Təqdimatlar zamanı debit və kredit kartları, taksit kartları,
əmanət və yığım məhsulları, sığorta xidmətləri, nağd pul
kreditləri, lombard kreditləri və ipoteka kreditləri haqqında
məlumat verilib. Bununla yanaşı, kredit tarixçəsi və BNG əmsalının
kredit qərarlarına təsiri ilə bağlı vacib məqamlar diqqətə
çatdırılıb.

Forum çərçivəsində mikro və kiçik sahibkarlığın
maliyyələşdirilməsi istiqamətində təqdim olunan kredit məhsulları
haqqında da məlumat verilib. Sonda iştirakçıların sualları
cavablandırılıb, sahibkarlar üçün maliyyə imkanları və bank
xidmətlərinə çıxış mexanizmləri barədə geniş müzakirələr
aparılıb.

Qeyd edək ki, tədbirə Qarabağ Təlim Mərkəzi ev sahibliyi edib.
Mərkəzin təsisçisi və direktoru Aytən Məmmədova çıxış edərək belə
təşəbbüslərin regionda sahibkarlığın inkişafı və maliyyə
savadlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını
bildirib. O qeyd edib ki, maarifləndirici tədbirlər sahibkarların
maliyyə alətləri və müasir bank xidmətləri barədə məlumatlılığının
artırılmasına, eyni zamanda biznes mühitinin daha da inkişafına
töhfə verir.

Daha sonra Qarabağ Təlim Mərkəzinin təşkilatçılığı və “Rabitəbank”ın tərəfdaşlığı ilə Xankəndi şəhərində 8 Mart –
Beynəlxalq Qadınlar Günü münasibətilə “Qarabağda regional
xanımların gücü” adlı sərgi təşkil olunub. Tədbirdə ölkənin 20-yə
yaxın müxtəlif regionundan olan xanım sahibkarlar iştirak edib.
Sərginin keçirilməsində əsas məqsəd regionlarda fəaliyyət göstərən
qadın sahibkarlara dəstək olmaq, onların məhsul və xidmətlərini
Qarabağda tanıtmaq, eyni zamanda azad edilmiş ərazilərdə yeni
biznes imkanlarının formalaşmasını təşviq etmək olub.

Xüsusilə vurğulamaq lazımdır ki, “Rabitəbank” ölkədə maliyyə
savadlılığının artırılması, sahibkarlığın inkişafı və regionların
iqtisadi potensialının gücləndirilməsi istiqamətində müxtəlif
maarifləndirici təşəbbüslər və layihələr həyata keçirməyə davam
edir.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə
ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi,
İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi,
“RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz
müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli
bank xidmətləri təqdim edir.