Beynəlxalq Enerji Agentliyi dünya bazarına rekord həcmdə neft çıxarmağa hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinin (BEA) üzv ölkələri Yaxın Şərqdə
artan gərginlik fonunda enerji qiymətlərində yüksəlişin qarşısını
almaq məqsədilə strateji ehtiyatlardan dünya bazarına indiyədək ən
böyük həcmdə neft buraxılması barədə razılığa gəliblər.

Trend
təşkilatın rəsmi saytına istinadən bildirir ki, söhbət təxminən 400
milyon barel neftdən gedir.




“Reuters” agentliyi daha əvvəl xəbər vermişdi ki, bu prosesin
həyata keçirilməsi azı iki ay davam edə bilər.

Qeyd edək ki, BEA-ya daxil olan ölkələr 1,2 milyard bareldən
artıq strateji neft ehtiyatına, həmçinin 600 milyon barel sənaye
ehtiyatına malikdirlər.