Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb

Baş səhifə

Bakı. Trend:

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa
çempionatında sərbəst güləş yarışları davam edir.

Trend xəbər verir ki, 92
kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda
türkiyəli Fatih Altunbaşla qarşılaşıb. Gərgin keçən görüş
idmançımızın qələbəsi ilə yekunlaşıb.




Bununla da Azərbaycan Avropa çempionatında ilk qızıl medalını
qazanıb.

Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi
Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik
Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc
medal qazanıblar.