
Bakı. Trend:
Azərbaycanda 10 mart tarixindən etibarən unun son topdansatış
qiymətləri məlum olub.
Trend-in
məlumatına görə, ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri
26,1-28,6 manat arasında dəyişir.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü
“Dəvəçi-Taxıl” MMC (26 manat 10 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 60 qəpik).
Beləliklə, unun topdansatış qiymətləri üzrə aşağı və yuxarı
həddi bundan əvvəlki göstərici ilə eyni səviyyədə qalıb.
Bu ilin 10 mart tarixindən Azərbaycanda istehsalçılar tərəfindən
unun son topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:
“ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti –
28 manat
“Anadoluqida”, “AVETA”, “KARAT HOLDİNQ”, “Orxan UN” MMC-lərə
məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,80 manat;
“Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin
satış qiyməti – 28,60 manat;
“Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Taxıl AQRO”, “Xırman”, “SKY AGRO”, “Sünbül 2012″, Ağsu Taxıl”,
“Avrora” MMC-lər, eləcə də “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI, “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un
kisəsinin satış qiyməti – 27,70 manat;
“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış
qiyməti – 26,50 manat;
“Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış
qiyməti – 26,10 manat;
“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış
qiyməti – 28 manat;
“Nural” və “Osmanlı Taxıl” MMC-lərə məxsus 50 kq-lıq un
kisəsinin satış qiyməti – 28,30 manat;
“Hazartürk LTD” və “SKY AGRO” MMC-lərə məxsus 50 kq-lıq un
kisəsinin satış qiyməti – 27,50 manat;
“Qarabağ un” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti
– 27,40 manat.
“Avrora” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti –
27,60 manat.
“Sarı Sünbül” və “Ungrano” MMC-lərə məxsus 50 kq-lıq un
kisəsinin satış qiyməti – 27,90 manat.

