“Liverpul” “Qalatasaray”la oyuna ciddi itkilərlə çıxacaq

Baş səhifə

Bakı. Trend:

“Liverpul” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk
oyunu çərçivəsində səfərdə “Qalatasaray”ın qonağı olacaq.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İngiltərə çempionu matça ciddi
itkilərlə çıxacaq.




Qapıçı Alisson Beker, müdafiəçi Konor Bredli, yarımmüdafiəçilər
Vataru Endo, Federiko Kyeza və hücumçu Aleksandr İsak komandaya
kömək edə bilməyəcək. Zədəli olan futbolçular kollektivlə birlikdə
İstanbula aparılmayıb.

Qeyd edək ki, “Qalatasaray” – “Liverpul” qarşılaşması sabah
keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.