Sumqayıtda azyaşlı mənzildə bağlı qapıda köməksiz vəziyyətdə qalıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış
binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin
xilasediciləri əraziyə cəlb olunub.




Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə
doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən
mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış
2016-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.