İranın BƏƏ-yə hücumlarında dörd nəfər həlak olub, 112 nəfər xəsarət alıb

Baş səhifə
İranın BƏƏ-yə hücumlarında dörd nəfər həlak olub, 112 nəfər xəsarət alıb

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) hücumları nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 112 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə məlumat BƏƏ-nin Müdafiə Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşılıb.

“İranın hücumları nəticəsində 4 nəfər həlak olub, onların arasında Pakistan, Nepal və Banqladeş vətəndaşları var, 112 nəfər isə orta və yüngül dərəcəli xəsarətlər alıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, ölkənin hava hücumundan müdafiə sistemləri bu gün 17 ballistik raket qeydə alıb, onlardan 16-sı məhv edilib, 1 raket isə dənizə düşüb, həmçinin 117 PUA-dan 113-ü zərərsizləşdirilib, 4 PUA isə ölkə ərazisinə düşüb.

“BƏƏ Müdafiə Nazirliyi təhdidlərin qarşısını almaq üçün tam hazırlığını qoruyur və ölkənin təhlükəsizliyini, suverenliyini sarsıtmaq cəhdlərinə qətiyyətlə cavab verəcək” , – məlumatda vurğulanıb.