Bakı. Trend:
Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin
prototipini təqdim etməyi planlaşdırır.
Trend xəbər verir
ki, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard
bildirib.
Pollard yazılı cavabında qeyd edib ki, Böyük Britaniya Müdafiə
Nazirliyinin hipersəs proqramı 2030-cu ilə qədər nümayiş silahının
hazırlanmasını hədəfləyir.
Bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Londonun 2026-cı
ildə digər Avropa ölkələri ilə birlikdə yeni növ yüksək dəqiqlikli
və hipersəs silahların hazırlanmasına 400 milyon funt sterlinq
xərcləyəcəyini açıqlamışdı.

