“Mançester Yunayted” İbrahim Sanqare ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” futbol klubu “Nottinqem Forest” və Fil Dişi
Sahili millisinin dayaq yarımmüdafiəçisi İbrahim Sanqare ilə
yaxından maraqlanır.

Trend xəbər verir
ki, “Nottinqem Forest” 2023-cü ildə təxminən 35 milyon avroya
transfer etdikləri futbolçu üçün daha yüksək məbləğ tələb edir.




Cari mövsümdə Sanqare bütün turnirlərdə 32 matçda iştirak edib,
iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu
ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə
tutulub.

Qeyd edək ki, İbrahim Sanqare Fil Dişi Sahili millisinin
heyətində 2024-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub.