
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.
Bu gün səhər saatlarından Qazaxıstan Respublikasının 3 diplomatik nümayəndəsi İrandan Azərbaycan sərhədi ilə sərhədi təxliyə olunub. Bundan əlavə Rusiya Federasiyası 8 vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.
Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.


