İrandan Azərbaycana ümumilikdə 1873 nəfər təxliyə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının
təxliyəsi davam edir.

Trend-in
məlumatına görə, 28 fevral 8.00-dan – 8 mart saat 10:00-dək İrandan
müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1873 nəfər
təxliyə olunub.

Belə ki, 529 Çin, 309 Azərbaycan, 282 Rusiya, 173 Tacikistan,
123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 25 İran, 26
İspaniya, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya,16 Fransa, 14
Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo, 10
Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 7 Belarus, Birləşmiş Ərəb
Əmirlikləri, Slovakiya və Kanadanın hər birinin 6, Serbiya,
Qazaxıstan, Əfqanıstan, Avstriya, İsveçrə və Çexiyanın hər birinin
5, Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Macarıstan,
Belçika Küveyt və Banqladeşin hər birinin 4 vətəndaşı təxliyə
edilib.

Siyahıda həmçinin Qətər, Meksika, Filippin, Finlandiya,
Rumıniya, Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan,
Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprin hər biri üzrə isə 2
vətəndaş yer alıb. ABŞ, Polşa, Avstraliya, Tunis, Argentina,
Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları,
Kuba, Cənubi Afrika, İsveç və Vatikanın hər biri üzrə isə 1 nəfər
Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə edilib.