
Bakı. Trend:
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri növbəti
beynəlxalq yarışlarda qüvvələrini sınamaq üçün yola düşüblər.
Martın 9-dan 15-dək Berlin, Almaniya və Havirov, Çexiya
şəhərlərində “WTT Youth Contender” turnirləri təşkil olunacaq.
Trend xəbər verir
ki, seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin
Cəfərovun rəhbərliyi altında altı idmançımız bu yarışlarda iştirak
edəcək.
Oğlanların mübarizəsində Onur Quluzadə, Ələkbər Mirzəliyev və
Cəfər Almədədli ölkəmizi təmsil edəcəklər. Qızların yarışında isə
Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova uğur
qazanmağa çalışacaqlar.
Turnirlər müxtəlif yaş kateqoriyaları (U-11, U-13, U-15 və U-17)
üzrə keçirilir və gənc idmançıların dünya reytinqində mövqelərini
möhkəmləndirməsi üçün böyük əhəmiyyət kəsb edir.


