
Naxçıvanın yüksək dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 107 sm-ə çatıb.
Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikaısnın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Kükü kəndinə yeni yağan qarın hündürlüyü 20 sm, ümumi qar örtüyünün qalınlığı isə 66 sm təşkil edir.
Həmçinin Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 1 sm, Kəngərlidə 5 sm, Şərur rayonunun Axura kəndində 7sm, 3000 m yüksəklikdə isə 107 sm qeydə alınıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


