
Bakı. Trend:
“UFC” iyunun 14-də Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü
rəsmən elan edib.
Trend xəbər verir
ki, bu barədə “UFC”nin mətbuat xidməti məlumat yayıb.
Yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda amerikalı
Castin Qetji ilə İspaniya-Gürcüstan təmsilçisi İliya Topuriya
qarşılaşacaqlar.
Əvvəllər Topuriya ailə vəziyyəti ilə əlaqədar yüngül çəkidəki
titulundan imtina etmişdi. Vakant qalan kəmər uğrunda Castin Qetji
və Peddi Pimblett üz-üzə gəlib və amerikalı döyüşçü hakimlərin
yekdil qərarı ilə qalib gəlib.
2025-ci ilin iyununda baş tutan son döyüşündə İliya Topuriya
braziliyalı Çarlz Oliveyranı nokaut edib. İspaniya-Gürcüstan
təmsilçisi hələ də məğlubedilməzliyini qoruyur və 17 qələbəlik
rekorda sahibdir.


