Qırğızıstanda kömür mədənində qaz sızmasə baş verib

Baş səhifə

Bakı. Trend:

Qırğızıstanın Batken bölgəsində yerləşən kömür mədənində qaz
sızması baş verib, nəticədə iki nəfər ölüb, 18 nəfər xəstəxanaya
yerləşdirilib.

Trend xəbər verir
ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.




Fövqəladə hadisə Batken Munai mədənində, Səmərqəndək kəndində
baş verib. Xilasedicilər təxminən 200 metr dərinlikdən iki
mədənçinin cəsədini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil
veriblər. Üçüncü şəxs isə xilas edilib.

Dəm qazından zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasında 18
mədənçi müalicə alıb. Onların vəziyyəti qənaətbəxş kimi
qiymətləndirilir.