Goranboyda avtomobillər toqquşub, ana və övladı xəsarət alıb

Baş səhifə
Goranboyda avtomobillər toqquşub, ana və övladı xəsarət alıb

Goranboyda avtomobillər toqquşub, ana və övladı xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər ana və övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qəza zamanı hər iki avtomobilin sürücüsü isə ambulator müalicə alıb.

Faktla bağlı araşdırma aparılır.