
Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təxliyə reysi ilə gətirilmiş Azərbaycan vətəndaşları jurnalistlərə açıqlamasında aidiyyəti dövlət qurumlarına minnətdarlıq ediblər.
“Report” xəbər verir ki, bunu təxliyyə edilənlərdən biri Vüsal Nəsirov bildirib: “Dövlətimiz bizə arxa dayaq oldu və sağ-salamat gəlib öz doğmalarımıza qovuşduq. Fevralın 6-dan Dohada (Qətər) olmuşuq və martın 1-i qayıtmalı idik. Amma bu regionda baş verən hadisələrlə bağlı gələ bilmədik. Dohada vəziyyət çox pis idi, şəhər raket zərbələrinə məruz qalırdı. Odur ki, çölə çıxmaq mümkün deyildi. Bununla belə konsulluqdan gəlirdilər, bizim durumla maraqlanırdılar. Oradan çıxmaq üçün bir yol olacağını deyirdilər”.
Onun sözlərinə görə, Dohadan Ciddəyə gəlmək üçün 28 saat yol qət ediblər: “10-cu gündür ki, orada idik. Azərbaycanın həm Qatərdəki, həmd ə Səudiyyə Ərəbistanındakı səfirliyi bütün təşkilatçılığı öz üzərinə götürdü. Dövlətimizə, bu işdə əməyi olan hər kəsə minnətdarlıq edirəm”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


