
Bakı. Trend:
Prezident İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzinin
həyətində təqdim olunan məişət tullantılarını daşıyan texnikalardan
ikisi Xaçmaz rayonuna göndərilib.
Trend xəbər
verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
cavabdeh şəxslərlə birlikdə yeni texnikalara və konteynerlərə baxış
keçirib, səmərəli istismar və ekoloji təmizliyin təmin edilməsi ilə
bağlı tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, bu, Xaçmaz rayonunda kommunal təsərrüfatın
müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl
tədbirlərin davamıdır.
Belə ki, ötən il rayona bir ədəd tullantı daşıyan texnika təqdim
edilib.
İki yeni texnika tullantıların vaxtında daşınmasına və ərazidə
təmizlik işlərinin daha keyfiyyətli aparılmasına töhfə verəcək.


