Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün daha iki görüş baş tutacaq.

“Report”un məlumatına görə, əvvəlcə “Şəki” evdə “Sabah”la üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək.

Günün sonuncu matçı “Sərhədçi” İdman Mərkəzində “Abşeron Lions” və NTD arasında keçiriləcək. Bu oyun saat 19:30-da başlayacaq.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” isə “Lənkəran”ı (104:73) məğlub edib.