
Bakı. Trend:
Venesuela ABŞ ilə mövcud fikir ayrılıqlarının diplomatik
yollarla həllini təklif edir.
Trend xəbər verir ki,
Venesuela Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes
“Venezolana de Television” telekanalına açıqlamasında bildirib ki,
ölkəsi ABŞ ilə diplomatik və konsulluq münasibətlərinin bərpasına
nail olub və iki dövlət arasında uzun illərdir mövcud olan fikir
ayrılıqlarının aradan qaldırılması ilə bağlı təşəbbüs irəli
sürüb.
Onun sözlərinə görə, bu addım 3 yanvarda ABŞ-nin hücumu zamanı
döyüşdə həlak olan qəhrəmanların xatirəsinə ehtiram olaraq
atılıb.
Rodriqes həmçinin qeyd edib ki, Venesuela ABŞ ilə tarixi fikir
ayrılıqlarının tənzimlənməsi və onların diplomatik üsullarla həlli
üçün üzbəüz görüş keçirməyi təklif edir. O, beynəlxalq hüquqa
hörmət və onun prinsiplərinə əməl olunması əsasında ikitərəfli
gündəliyin formalaşdırılmasının vacibliyini vurğulayıb.


