Bakı. Trend:
ABŞ bu həftə İrana qarşı zərbələr endirmək məqsədilə Britaniya
hava bazalarına “B-2A Spirit” strateji gizli bombardmançı
təyyarələrini yerləşdirəcək.
Trend-in
məlumatına görə, bu barədə “The Telegraph” məlumatlı mənbələrə
istinadla bildirib.
Rəsmilərin sözlərinə görə, təyyarələr yaxın günlərdə Fairford
bazasına və Hind okeanındakı Dieqo Qarsiya adası eniş edəcək.
Pentaqon bildirib ki, əməliyyat başlayandan bəri İranın
möhkəmləndirilmiş ballistik raket mərkəzlərinə zərbələr endirmək
üçün strateji bombardmançı təyyarələrdən dörd dəfə istifadə olunub.
Təyyarələr kontinental ABŞ-dan İrana və geri 37 saat fasiləsiz
uçuşlar həyata keçirib. Britaniya bazalarından istifadə onlara
İrana daha yaxın məsafədən hərəkət etməkdə xeyli vaxt
qazandıracaq.

