Hollandiya Aralıq dənizinə hərbi gəmi göndərib

Baş səhifə

Hollandiya İranın bölgədəki ölkələrə hücumlarına cavab olaraq Şərqi Aralıq dənizinə hava hücumundan müdafiə və komandanlıq freqatı göndərib.

APA xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilib ki, 3 martda Hollandiya Fransadan Şərqi Aralıq dənizində Fransa təyyarədaşıyan gəmisi Şarl de Qollu dəstəkləmək məqsədilə gəmi göndərmək üçün sorğu alıb.