
Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron mart ayında Yaponiyaya səfər
edərək Baş nazir Sanae Takaiçi ilə danışıqlar aparmağı
planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumət
mənbələrinə istinadən bildirib.
Məlumata əsasən, görüş zamanı Makron, o cümlədən İran və Ukrayna
ətrafındakı vəziyyəti, eləcə də Asiya-Sakit Okean regionundakı
təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədir.
Bildirilib ki, səfər zamanı Makronun 2025-ci ilin dekabr ayında
səfər etdiyi Çin ilə münasibətlərə də toxunulacağı gözlənilir.


