Qazi anası: Ağdama qayıdacağıma dair inamımı heç vaxt itirmədim

Baş səhifə
Qazi anası: Ağdama qayıdacağıma dair inamımı heç vaxt itirmədim

İllərlə köçkünlük həyatı yaşamağıma baxmayaraq, Ağdama qayıdacağıma dair inamımı heç vaxt itirmədim.

“Report” xəbər verir ki, bu sözləri Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Bağırova Aysoba deyib.

Oğlu 44 günlük Vətən müharibəsində qazı olan qadın deyib ki, Ağdama işğaldan azad edildikdən sonra ilk dəfədir səfər edir:

“Gedib öz yurdumuzda, obamızda yaşayacağıq deyə çox sevinirik. Nə qədər ömrümüz qalıb, onun qalan hissəsini Ağdamda görək. Allah qazilərimizi qorusun, onlara cansağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günümüzə çox şükür edirəm. Allah Prezidentimizin canını sağ eləsin, Allah onu Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Amin”, – deyə Ağdam şəhər sakini qeyd edib.