Bakı. Trend:
İraq hakimiyyəti ölkənin müharibəyə cəlb olunmasına və ya
respublika daxilində vəziyyətin qeyri-sabitləşdirilməsinə imkan
verməyəcəyini bəyan edib.
Trend-in məlumatına görə, bu açıqlamanı İraqın Baş naziri və
Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd əs-Sudani Birgə
Əməliyyatlar Komandanlığının qərargahına səfəri zamanı verib.
“İraqı müharibəyə sürükləmək və ya ölkə daxilində vəziyyəti
pozmaq cəhdlərinə dözməyəcəyik. Milli maraqlar hər şeydən üstün
tutulmalıdır”, – deyə əs-Sudani vurğulayıb. Onun çıxışının mətni
Baş nazirin ofisi tərəfindən “Telegram” kanalında dərc olunub.
Baş nazir bəzi əyalətlərdə təhlükəsizlik qüvvələrinin
tapşırıqları səhlənkar şəkildə yerinə yetirdiyini qeyd edib. Bu
səbəbdən o, İraqın şimal-qərbində yerləşən Neynəva əyalətindəki
komandanlıq qərargahında çalışan bütün kəşfiyyat zabitlərinin
vəzifədən azad edildiyini elan edib.

