
Azərbaycana məxsus xalçalar onillərlə erməni xalçası adı ilə tanınıb, təbliğ edilib.
Bunu “Report”a müsahibəsində Milli Xalça Muzeyinin eksperti, əməkdar xalçaçı rəssam Məhəmmədhüseyn Hüseynov deyib.
Rəssam indinin özündə də belə hallara az da olsa, rast gəlinə biləcəyini istisna etməyib.
“Lakin son illərdəki mədəni təbliğatımız bu kimi halları minimuma endirib. Üstəlik, artıq dünyada Azərbaycan xalçası özünün elementləri ilə seçilir, onu tanıyırlar. Sovet dönəmində də Azərbaycan xalçası SSRİ-nin xaricə ixrac etdiyi məhsul idi. Yəni bizim xalçamız hər dövrdə müvafiq xətt üzrə inkişaf edib”.
Ekspert bildirib ki, dünyada Azərbaycan xalçaçılığı anlayışı var və kifayət qədər də tanınır.
“Dünyanın böyük şəhərlərinə get, Nyu-Yorkdan Qahirəyə qədər qalereyalarda, muzeylərdə Azərbaycan xalçası var, məşhurdur və tanınır”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


