
Bakı. Trend:
Yaxın Şərqdə davam edən eskalasiyalar fonunda Birləşmiş Ərəb
Əmirliyinin Müdafiə Nazirliyi bu gün ölkənin hava hücumlarından
müdafiə qüvvələrinin zərərsizləşdirdiyi hava məkanını pozan
obyektlərin sayını açıqlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Əmirliklərin HHM-i 3 ballistik raket, 121 dron
məhv edib, onlardan səkkizi ölkə ərazisinə düşüb.
Nazirlik bildirib ki, İranın hücumları başlayandan bəri
aşağıdakı göstəricilər qeydə alınıb:
İran hücumlarının başlanmasından etibarən:
189 ballistik raket aşkar edilib
Onlardan 175-i BƏƏ-nin hava hücumundan müdafiə sistemləri
tərəfindən məhv edilib
13-ü dənizə düşüb
1-i BƏƏ ərazisinə düşüb
941 İran pilotsuz uçuş aparatı (PUA) aşkar edilib
876-sı hava hücumundan müdafiə vasitələri tərəfindən
zərərsizləşdirilib
65-i BƏƏ ərazisinə düşüb.

