Aralıq dənizində Rusiya LNG (sıxılmış qaz) daşıyıcısına hücum edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya LNG daşıyıcısına hücum Liviya sahillərində pilotsuz Ukrayna qayıqları tərəfindən həyata keçirilib. Rusiya vətəndaşları olan 30 heyət üzvünün hamısı xilas edilib.
Nəqliyyat Nazirliyi Rusiya LNG daşıyıcısına hücumu beynəlxalq terrorizm və dəniz piratçılığı aktı adlandırıb.

