
Şri-Lanka hərbçiləri öz ərazi sularında batan İran gəmisindən azı 30 nəfəri xilas ediblər.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Şri-Lankanın xarici işlər naziri Vicita Herath bəyan edib.
Daha əvvəl Şri-Lanka Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkənin Hərbi-Dəniz Qüvvələri (HDQ) İran gəmisindən göndərilən təhlükə siqnalından sonra xilasetmə əməliyyatına başlayıb.
Şri-Lankanın XİN başçısı əlavə təfərrüatlar təqdim etməyib, lakin müvafiq tədbirlərin görüləcəyini bəyan edib.
Yerli KİV bildirib ki, gəmi ölkənin cənubundakı Qalle sahillərində təhlükə siqnalı göndərib və zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


