Gürcüstan dəmir yolları ilə daşınan yüklərdə Azərbaycanın payı açıqlanıb

Baş səhifə

Ötən il Gürcüstanın dəmir yolları vasitəsilə 13,3 milyon ton yük daşınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə yüklərin həcmi 3% azalıb. Yüklərin 7,9%-ni ölkədaxili, 34,7%-ni beynəlxalq, 57,5%-ni isə tranzit daşımaları təşkil edib.

Hesabat ilində Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 35,8%-i Rusiya, 27,2%-i isə Azərbaycandan göndərilib. Yüklərin 16,2%-i üçün son təyinat məntəqəsi Ermənistan, 9,2%-i üçün Qazaxıstan, 8,4%-i üçün isə Rusiya olub.

Yükdaşımaların 36,4%-i koks və emal olunmuş neft məhsulları, 20,9%-i kimya, kimya məhsulları və süni liflər, rezin və plastik məmulatlar, 12,8%-i isə metal filizləri və digər mədən və karxana məhsullarından ibarət olub.