
Bakı.Trend:
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti
bölməsinə “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı
qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət
üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, qayığın və heyət üzvlərinin xilas edilməsi
məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi
koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz
vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü
Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf
Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz
şəraitdə sahilə çıxarılıb.


